Marneulinin 7 kəndində küçə işıqlarının qurulması üçün meria 114
587 lari dəyərində tender elan edib.
Tenderə görə, qalib gəlmiş şirkət müqavilə bağlandıqdan sonra 60
gün ərzində Çanaxçı, Yenikənd, Şulaveri, Dioknisi, Baytallı, Təkəli
və Daştəpə kəndlərində küçə işıqlarının çəkilməsi işlərini
tamamlamalıdır.
Çanaxçı kəndində küçə işıqları üçün 50 dirək basdırılacaq, işlərin
həyata keçirilməsi üçün isə ən çox
24 000 lari xərclənməlidir.
Yenikənddə 25 işqı dirəyinin basdırılması üçün maksimum 10 000 lari
xərclənməlidir.
Şulaveridə isə 40 işıq dirəyi basdırılacaq ki, bunun üçün isə 20
000 laridən artıq xərclənməməlidir.
Baytallı kəndində 25 dirəyin basdırılacağı ehtimal olunur ki, bunun
üçün maksimum 10 000 lari nəzərdə tutulub.
Küçə işıqları üçün Təkəlidə ən çox 15 000 lari, Daştəpədə isə ən
çox 20 000 lari xərclənməlidir.
Meriya tərəfindən elan olunmuş tenderdə iştirak etmək üçün tender
şərtlərinin qəbuluna 4 dekabr tarixində başlanılacaq və 9
dekabradək davam edəcək.