“Yenə böyüyəcəklər” abidəsinin bərpası və
ətraf ərazisinin abadlaşdırılması üçün elan olunmuş tenderdə bir
şirkət – “İntertexnoloq” MMC iştirak edib.
Bələdiyyə tərəfindən elan olunmuş tenderin təxmini dəyəri 1 095 654
lari idi. “İntertexnoloq” MMC isə meriyaya işləri 994 848 lariyə
tamamlamağı təklif edib.
Marneuli bələdiyyəsinin Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədovun dediyinə görə, bu mərhələdə tenderdə iştirak edən
şirkətin seçimi davam edir, lakin ümid edir ki, tenderdə iştirak
edən yeganə şirkət qalib gələcək.
Məmmədov deyir ki, əgər şirkət qalib gəlsə, bir həftə ərzində
müqavilə bağlanacaq, əgər diskvalifikasiya olunarsa, yenidən tender
elan olunacaq.
“Yenə böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazilərinin
abadlaşdırılması tenderində “İntertexnoloq” MMC qalib gəldiyi halda
müqavilə bağlandıqdan 225 gün ərzində işləri tamamlamalıdır.
Tender şərtlərindən aydın olur ki, abidənin bərpası və istirahət
parkının yaradılması işləri iki mərhələdə həyata keçiriləcək.
1975-ci ildə yaradılmış abidə təmizlənəcək və sıradan çıxmış
hissələri isə abidənin bəddi-arxitektura kompozisiyası saxlanılması
şərti ilə bərpa ediləcək. Çünki, “Yenə böyüyəcəklər” abidəsi mədəni
irs statusuna malikdir.
Marneuli meriyasını yayımladığı məlumatda qeyd olunub ki, bərpa
işlərindən başqa, ətraf ərazidə bir neçə hissəsyə bölünmüş
istirahət parkı salınacaq.