Marneuli-Bolnisi yolunun sıradan çıxmış hissəsinə asfalt qatı çəkilir
Marneulidə, 26 may küçəsində, Marneuli-Bolnisi yolunda bərpa işləri aparılır.

Avtomobil Yolları Departamentindən “Marneuli” radiosuna verilən məlumata görə, işləri “Millenium Builders Group” şirkəti həyata keçirir və ümumilikdə 8 kilometr yol çəkiləcək. Yolun çəkilməsi üçün 7 436 556 lari ayrılıb. Bundan əlavə, həmin yolun 40-cı, 41-ci kilometr hissəsinə də asfalt qatı çəkiləcək. Burada isə işləri “RTD” şirkəti həyata keçirir və qeyd olunan yolun bərpası 4 100 000 lariyə başa gələcək.

“Poniçala-Marneuli-Ququti avtomobil yolunun 30-37 kilometr hissəsində yola asfalt qatı çəkilməsi işlərinə başlanılıb. Ümumilikdə, 8 kilometr yolun bərpa işləri aparılır. İşləri “Millenium Builders Group” həyata keçirir. Layihə 7 436 556 lariyə başa gəlir. Eləcə də həmin yolun 40-cı və 41-ci kilometrliklərində yolun bərpası həyata keçirilir. Həmin işləri “RTD” şirkəti həyata keçirir, layihənin dəyəri isə 4 100 000 laridir”,
– Avtomobil Yolları Departamentindən bildirdilər.

26 may küçəsində Marneuli-Bolnisi yolunun bərpasına 22 oktyabr tarixindən başlanılıb. Layihə 9 ay ərzində başa çatmalıdır.

Qeyd edək ki, Marneuli-Bolnisi yolu təqribən bir ildir ki, sıradan çıxıb və xüsusilə yağışlı havada bu yolla hərəkət etmək problemdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია