“Gürcü Süd Federasiyası” etiketsiz süd məhsullarının satışına nəzarətin ciddiləşdirilməsini tələb edir
“Gürcüstan Süd Federasiyası” etiketsiz və istehsalı şübhəli olan süd məhsullarının satışına nəzarətin ciddiləşdirilməsini tələb edir.

Federasiyanın məlumatına görə, Gürcüstanda süd müəssisələri ciddi problem qarşısındadırlar. Çünki əksər hallarda aqrar bazarlarda, kiçik ölçülü ərzaq, meyvə-tərəvəz mağazalarında etiketsiz süd məhsullarının satışı həyata keçirilir.

“Gürcüstan süd bazarında yenidən qeydiyyatdan keçməmiş süd müəssisələrinin etiketsiz məhsulları yer alıb. Belə müəssisələrdə südün keyfiyyətinə nəzarət olunmur. Müvafiq olaraq, aqrar bazarda və ya öz məhəlləsinin kiçik mağazasına gedən müştəri “həqiqi pendir” almağa gedir. O, asan şəkildə aldana bilər. Təəssüf ki, Milli Qida Agentliyi qeydiyyatdan keçməmiş müəssisələrə nəzarət edə bilmir, ancaq o etiketsiz süd məhsullarının qeydiyyatdan keçmiş satıcısını cərimələyə bilər”
, – Federasiyadan bildiriblər.

Etiketsiz süd məhsulları Marneuli bələdiyyəsində də satılır. Marneuli bazar ərazisində hər gün küçə ticarətçiləri dayanırlar və kustar qaydada düzəldilmiş piştaxtalarda satış həyata keçirirlər. Küçə ticarətçilərinin süd məhsullarının keyfiyyətini təsdiq edən etiket yoxdur.

“Gürcüstan Süd Federasiyası” 30-a yaxın çiy süd istehsalı müəssisəsini özündə birləşdirir. Onların məhsuluna “Gürcüstan südü işarəsi” vurulub. “Gürcüstan südü əmtəə nişanı” 2019-cu ildə, federasiyanın təşəbbüsü ilə yaradılıb və yalnız çiy süddən hazırlanıb. Qeyd olunan müəssisələr Gürcüstanın müxtəlif regionlarından, təxminən 27 min fermerdən südü gündəlik şəraitdə alırlar, onlar arasında Marneulili fermerlər də var.

Federasiyadan verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi və Milli Qida Agentliyi etiketsiz süd məhsullarına nəzarəti gücləndirməsə, etiketsiz pendir və süd məhsullarının satışı ilə məşğul olan hər kəsi cərimələməsə, təhlükə süd emalı müəssisələrini də əhatə edəcək. Federasiyada birləşmiş və əlavə 27 000 fermer – onların əksəriyyəti üçün süd satışı yeganə gəlir mənbəyidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google