Bir həftədən sonra Marneuli meriyasının daxili auditin nəticəsini ictimaiyyətə açıqlayıb-açmayacağı məlum olacaq
Bu gün, 19 aprel tarixində, Marneuli meriyasında inzibati şikayətin müzakirəsi baş tutub. “Kvemo Kartli mediası” təşkilatı yerli özünüidarə ictimai məlumat vermədikdən və daxili auditin hesabatını, tövsiyələri ictimailəşdirmədikdən sonra meriyaya şikayətlə müraciət edib.

“Biz vəkilimizin köməyi ilə bizə qarşı qanunun hansı maddələrinin pozulduğunu sübut etdik. Eləcə də mən Marneuli meriyasıın peşə fəaliyyətimdə mənə mane olduğundan danışdım. Baxmayaraq ki, ictimai məlumat tələb edən zaman bu məlumatın nə üçün lazım olduğunu açıqlamaq öhdəliyimiz yoxdur, mən iclas üzvlərinə jurnalist materialı yaratmaq üçün lazım olduğunu izah etdim. Müvafiq olaraq, onların göstərdiyi hərəkətsizlik adi peşə fəaliyyətinə mane olmaqdır”
– Kvemo Kartli Mediasının rəhbəri Manon Bokuçava bildirdi.

İnzibati şikayətin müzakirəs edilməsi iclasına “Marneuli” radiosunun jurnalistini buraxmayıblar. “Kvemo Kartli Mediasının” rəhbərinin sözlərinə görə, onlar Marneuli meriyasının iclasın qapalılığı ilə əlaədar qərarını qeyri-qanuni hesab edirlər. Çünki bu barədə onlara məlumat verməyiblər.

“Marneuli meriyası bizə gözlənilmədən bildirdi ki, iclas qapalı formatdadır. İclas barədə bizə məlumat göndərəndə bu qeyd olunmamışdı və qapalılıq zamanı bunun səbəbini soruşduqda açıqlama verilmədi. Müvafiq olaraq, iclasa “Marneuli” radiosunun nümayəndəsini, eləcə də bizim təşkilatın əməkdaşını buraxmayıblar. Marneuli meriyasının Mətbuat Xidmətinin nümayəndəsi iclasda iştirak etməyə cəhd edən zaman bizim vəkil bildirdi ki, əgər komissiya üzvləri və tərəflərdən əlavə iclasda heç kim iştirak etmirsə, o zaman Marneuli meriyasının Mətbuat Xidmətinin nümayəndəsi niyə iştirak edir? Bu qeyddən sonra o, iclası tərk etdi”
- Manon Bokuçava bildirdi.

Bokuçavanın sözlərinə görə, meriya nümayəndələri onlara bildiriblər ki, iclas təxirə salınıb və qərar 26 apreldə elan olunacaq. Onun sözlərinə görə, yeganə qanuni qərar şikayətin təmin edilməsi və qanunvericiliyə uyğun olaraq təşkilata meriyanın Audit Xidmətinin hesabatları və tövsiyələrini verməsi olacaq. Buna baxmayaraq, Manonun Marneuli meriyasının yenidən ictimai məlumatın ictimailəşdirilməsindən imtina edəcəyinə dair gözləntisi var.

“Kvemo Kartli Media” təşkilatı Marneuli, Qardabani və Rustavi meriyalarından daxili audit xidmətinin hesabatlarını 2023-cü ilin fevral ayında tələb edib. Marneuli və Qardabani bələdiyyələri təşkilata ictimai məlumatla bağlı ümumiyyətlə cavab verməyib. Rustavi meriyasından cavab alıblar ki, merin qərarı ilə daxili Audit Xidmətinin nəticələrini ictimailəşdirməyəcəklər. Manon Bokuşavanın sözlərinə görə, Rustavi meriyasını artıq məhkəməyə veriblər, Marneuli meriyasında inzibati şikayətin müzakirəsi bu gün baş tutub, Qardabani meriyasında şikayətin müzakirə vaxtı isə hələ məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google