Azerbaycanın Dövlət Gömrük Komitəsində əməliyyat keçirildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir. Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Ötən ilin sonu, dekabrın 27-də DGK-da iki sədr müavini vəzifədən kənarlaşdırılmışdı. Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalamışdı. Söhbət Əsgər Abdullayev və İqbal Babayevdən gedir. Prezidentin digər sərəncamı ilə isə Natiq Şirinov bu qurumda sədr müavini vəzifəsinə təyin edilib.

İyulun 15-də İ.Əliyev Səfər Mehdiyevin DGK sədri vəzifəsindən azad edilməsi haqda da sərəncam imzalamışdı. Hazırda bu qurumda sədr vəzifəsini birinci müavin Şahin Bağırov icra edir.

DGK-nın saytında bu qurumda birinci müavinlər daxil, ümumilikdə altı müavin postu olduğu bildirilir.

Əvvəlki həbs…
Hazırda DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulov həbsdədir. Onun Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edildiyi bildirilir. Amma Rəsulovun özünün və ya vəkillərinin ittihamlara münasibəti bəlli deyil.




Print ელ. ფოსტა
თეგები: azerbaycan
FaceBook Twitter Google