Güllələnmiş maşın Melikişvili prospekti ilə üzüaşağı hərəkət edirmiş
Sürücüsü olmayan minik maşını Verada, Erekle Tatişvili küçəsində üzüaşağı hərəkət edib. Avtomobil Melikişvili prospekti ilə kəsişməni keçərək qarşı tərəfdə dayanmış maşına çırpılıb.

Avtomobilin yük yerində və qabaq şüşəsində hər birində üç güllə yeri var, arxa şüşə isə tamamilə sınıb tökülüb.

İlkin məlumata görə, maşına başqa
avtomobildən atəş açıblar. Avtomobilin sahibi görünmür. Hadisə yerində hüquq mühafizəçiləri çalışırlar. Şahidlərin dediyinə görə, onlar bu hadisədən bir neçə dəqiqə əvvəl atışma səsləri eşidiblər.







Mənbə: "Azadlıq" radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google