Pik həddi aprelin ikinci yarısından gözləyə bilərik – Tikaradze
Səhiyyə naziri Ekaterine Tikaradzenin fikrincə Gürcüstanda koronavirusun yayılmasının pik həddi aprelin ikinci yarısında gözlənilir.

Səhiyyə nazirinin qeyd etdiyinə görə, hazırda gözləntilər özünü doğruldur. Gözləntilərə görə 10 aprelə qədər yoluxma artacaq, ancaq vəziyyət idarəolunandır. Tikaradzenin sözlərinə görə, idarəolunan epidemik vəziyyət artıq çətinləşmiş və artmış halların idarəsi strategiyası hazırlanmaması demək deyil.

“Biz hesab edirik ki, pik həddi aprelin ikinci yarısından gözləməliyik. Dövlət komandası və vətəndaşlar tərəfindən idarə nə dərəcədə səmərəli olacaq, artıq aprelin sonu, mayın əvvəlində hansı sayda xəstə olacaq, icraçılar qismi necə olacaq və bu pik dövr nə qədər davam edəcək, hamısı həmin dövrdə bilinəcək”,
Tikaradze deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google