Ərdoğan: HAMAS terror təşkilatı deyil
“HAMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyənin İsrail dövləti ilə heç bir problemi yoxdur, “lakin ölkəsi İsrailin törətdiyi vəhşilikləri və onların dövlət deyil, bir təşkilat kimi fəaliyyət
göstərmələrini heç vaxt qəbul etməyəcək”.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini də ləğv edib. O, buna səbəb olaraq İsrailin Qəzzadakı əməliyyatı apardığını bildirilib.

Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google