Ötən il Gürcüstana ən çox səyahət edən 15 ölkə
Milli Turizm Administrasiyası 2023-cü ilin 4-cü rübünün nəticələrini açıqlayıb.

Administrasiyanın məlumatına görə, ötən ilin son rübündə Gürcüstana 1 505 240 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) 161 937, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 1 343 303 olub.

Qeyd edək ki, administrasiyaya görə, 2023-cü ilin 4-cü rübündə beynəlxalq səyahətçilərin səfərləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,9%, pandemiyadan əvvəlki 2019-cu ilin eyni
dövrü ilə müqayisədə isə - 29% azdır.

2023-cü ilin oktyabr-dekabr aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:
  • Türkiyə - 315 241 ziyarətçi;
  • Rusiya - 269 411 ziyarətçi;
  • Ermənistan - 226 454 ziyarətçi;
  • Azərbaycan - 52 640 ziyarətçi;
  • Qazaxıstan - 37 579 ziyarətçi;
  • İsrail - 34 414 ziyarətçi;
  • Ukrayna - 31 116 ziyarətçi;
  • İran - 27 603 ziyarətçi;
  • Hindistan - 25 430 ziyarətçi;
  • Belarusiya - 21 025 ziyarətçi;
  • Polşa - 18 081 ziyarətçi;
  • Çin - 15 290 ziyarətçi;
  • Almaniya - 14 492 ziyarətçi;
  • Özbəkistan - 12 139 ziyarətçi;
  • ABŞ - 10 263 ziyarətçi.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google