Berika Şukakidze: Müəllimin statusunu saxlaması üçün xüsusi model düzəldəcəyik

Təhsil Nazirliyi bildirir ki müəllimlərin kredit toplama sistemi ləğv olunur.

Müəllimin özünü qiymətləndirmə öhdəliyi də ləğv olunur - özünü qiymətləndirmə sorğusunun doldurulması könüllü olacaq.

Təhsil naziri Mixeil Batiaşvili 18 yanvarda bildirib ki, dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək. Çünki sxemə artıq qoşulmuş adamlara müəllim statusunu əldə etmək və ya saxlamaq prosesində maneçilik olmayacaq.
Reformanın detalları haqqında Müəllimlərin Peşəkar İnkişaf Mərkəzinin rəhbəri Berika Şukakidze danışıb. Şukakidze izah edir ki, hazırda olan hər iki – müəllim statusunun əldə edilməsi və saxlanılması sistemi – yenilənəcək.

Status qazanmaq – irəliləmə

Şukakidzenin dediyinə görə, nazirlik artıq status qazanmaq prosesinə başlamış müəllimlətə maneçilik etməyəcək.
“Çalışacağıq,... öz işlərini davam etdirsinlər, ancaq müəllim statusunu saxlamaq üçün onlar 31 dekabra qədər peşəkar inkişaf həyata keçirməli, təlimlərdə iştirak etməlidirlər ki, peşələrini saxlaya bilsinlər” – deyir o.
Eləcə də illərlə bağlı olan deyim də ləğv olunur – baş müəllim olmaq üçün müəyyən kredit toplama qlazım gəlməyəcək. İndiyə qədər baş müəllim olmaq üçün 19 kredit toplamaq vacib di, indi isə bu yanaşma dəyişəcək.

“Məsələn, kiminsə 17 krediti var və 2 krediti qalıb. Onun üçün bu prosesi ləğv olunsa ədalətsiz olar. Ona iyuna qədər müddət verilir ki, prosesi başa vursun, bal toplasın və növbəti pilləyə keçsin. Bunu etəyənlər sentyabrda imtahana çıxa və irəli gedə bilər” – deyir Şukakidze.

Onun sözlərinə görə, bu imtahanların fasilitatoru milli imtahan mərkəzi olacaq, çünki “onun etibarlılığı yüksəkdir və mərkəzləşdirmə ədalətli olacaq, çünki təcrübəli test tərtibçimiz var”.

Onun sözlərinə görə, sonra, 2020-ci ildən düşünürlər ki, “məktəbin dərəcə idarəsi qrupu hansısa növ aktivlik daxil etsin ki, imtahanların hansısa alternativi yaransın”.

Statusun saxlanılması

Statusun saxlanılmasına gəldikdə isə - “saxlamaq üçün xüsusi model düzəldəcəyik ki, adamlar statusu saxlamaqda çətinlik çəkməsinlər; Ona görə ki, indi məsələn, adam statusunu saxlayıb və 1-dən 4-ə qədər krediti var. Bəzisinin 9, 7 və 17 kreditə çıxa bilməyəcək də. Bu həmin şəxsin statusunu itirməsinə əsas olmamalıdır. Biz çalışacağıq ki, onlar üçün peşəkar inkişaf təlimləri edək”, - izah edir Şukakidze.

“Belə, məsələn: Əgər 7 kreditiniz varsa, məktəbin təyin etdiyi 3 peşəkar inkişaf təlimindən keçəcəksiniz. Məsələn, bulinqdə, sinfin idarəsində, nəyə lazım olarsa. Buna heç bir kredit lazım deyil. Əgər imtahan versəniz, təlim mərkəzi (bu biz və ya başqa provayder olarsa) deyərsə ki, uğurla keçdiniz, statusu saxlamaq üçün tam yetərlidir”- deyir o.

Əgər müəllimin baş müəllim statusu varsa və saxlamaq üçün heç bir krediti yoxdursa, Şukakidzeyə əsasən sxem belədir: “Məktəb sizə vacibat təyin edəcək ki, dörd peşəkar hazırlama lazım olacaq. Biz sayını deyəcəyik, amma hansı məsələlər üzrə olacaq, bunu məktəb və müəllim danışmalıdırlar”.

Baş müəllim statusundan mentorluğa qədər

Hazırda müəllim üçün dörd status müəyyən edilib – təcrübəçi müəllim, baş müəllim, aparıcı müəllim və mentor. Əgər baş müəllimsinizsə, mentor statusunu əldə edənə qədər hələ aparıcı müəllim də olmalı idiniz. Ancaq bu karyera yolunu keçmək vacib olmayacaq.

“Bütün imtahanlar konkret pillələr üçün olacaq. Siz imtahan verirsinizsə mentor olmayacaqdınız ki? Ona görə də bu imtahan baş müəllimlər üçün olacaq. Baş müəllimsinizsə aparıcı deyil, mentor olmaq istəyirsinizsə, hesab edirsiniz ki, çox yaxşı müəllimsiniz və pilləni aşmaq istəyirsinizsə, mentor imtahanı verəcəksiniz”.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google