İsveçdə 4 islamçı terror aktı hazırlamaqda ittiham edilərək saxlanılıb
İsveç polisi dörd islamçını Stokholmda terror aktı hazırlamaqda ittiham edərək saxlayıb. İslamçıların saxlanılması ilə bağlı məlumatı İsveç Təhlükəsizlik Xidməti və Prokurorluğu yayıb.

“Biz ciddi mütəşəkkil cinayətkarlıqla əlaqələri, eləcə də onların qondarma İslam Dövləti terror təşkilatı ilə beynəlxalq əlaqələrini görürük”, - İsveç təhlükəsizlik xidmətinin sözçüsü bildirib.

İsveç Təhlükəsizlik Xidməti saxlanılan islamçılar və onların ittihamları ilə bağlı başqa təfərrüatlar açıqlamayıb. Polisin açıqlamasına görə, dörd islamçının saxlanılması işin dərindən araşdırılmasından sonra baş verib.

Mənbə: Tabula
Print ელ. ფოსტა
FaceBook Twitter Google