Mixeil Batiaşvili - məktəblərlə, müvafiq orqanlarla saat rejiminə qoşulacağıq və hər hansı təhlükə olan halda qərar qəbul etməyə hazırıq
Mixeil Batiaşvili bu gün tədris prosesinə yenidən başlandığı təshil müəssisələrinə bir daha tövsiyyə ilə müraciət edib ki, virusları aradan qaldırmaq üçün gigiyenaya və müvafiq tövsiyyələri nəzərə almağa xüsusi diqqət yetirsinlər.
Nazirin bildirdiyinə görə, məktəblərdə olan vəziyyətin yoxlanılması gündəlik rejimdə həyata keçiriləcək və hansısa addım atmaq lazım olarsa nazirlik tərəfindən təcili olaraq qərar qəbul ediləcək.

“Nazirliyin bütün müvafiq müəssisələri aktiv şəkildə əməkdaşlıq edir. Biz məktəblərə və müvafiq orqanlarla saat rejiminə qoşulacağıq, hər hansı təhlükə olan zaman anında qərar qəbul etməyə hazırıq. Başa düşürük ki, təhsil vacibdir ancaq ən vacibi bizim uşaqlarımızın sağlamlığıdır. Ona gör də istər qızılca, istərsə qrip virusu olsun, gündəlik müşahidə edəcəyik, məktəblərə gedəcəyik, prosesin gedişatına baxacağıq və hansısa addım atmaq lazım olarsa təcili konkret qərar verəcəyik” - Batiaşvili deyir.

“Nazirlik bir daha məktəbləri sinif otaqlarını və dəhlizləri qaydasına salmağa çağırır. Müvafiq mayelərlə partalar, oturacaqlar və məktəb inventarı təmizlənməlidir. Profilaktika tədbirlərnin həyata keçirilməsi zamanı məktəbin həkimlərinin prosesə qoşulmasını təmin etsinlər və beynəlxalq səhiyyə təşkilatı və Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin verdiyi tövsiyyələri nəzərə alsınlar” - Təhsil Nazirliyinin məlumatında deyilir.

Print Email
FaceBook Twitter Google