Azadlıq meydanına xüsusi təyinatlılar və su reaktiv maşınları
səfərbər olunub.
Eyni zamanda, Gürcüstan Parlamentinin yanında “Xarici Təsirin
Şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiya keçirilməlidir.
Tbilisinin müxtəlif universitetlərinin tələbələri qanunverici
orqana yürüş etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, “Gürcü arzusu”nun əksəriyyəti bugünkü
plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinə üçüncü oxunuşda baxılaraq səsverməyə çıxarılmasını
planlaşdırır. Üçüncü dinləmə yalnız
texniki-redaktor məzmuna baxır.
Bununla da qanun layihəsinə parlamentdə baxılması prosesi başa
çatacaq və layihə imzalanmaq üçün prezidentə təhvil veriləcək.
Salome Zurabişvilinin veto qoymağı planlaşdırdığı məlumdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.