Saimerlo kəndində yaşayan Naira Xexelaşvilinin 12 baş inəyi var.
Onun sözlərinə görə, hevanlara qulluq etmək böyük vaxt, pul və
enerji tələb edir.
O, deyir ki, inəklərə yaxşı yem verir və onun üçün inəklərin nə
dərəcədə sağlam olmasını bilmək mühümdür. Ona görə tez-tez baytarla
məsləhətləşir, ildə bir dəfə 12 inəyin hamısından ümumi qan analizi
verir. Bunun nəticəsində
onların süd məhsullarının nə dərəcədə
təhlükəsiz olduğunu müəyyən edir.
“Böyük zəhmət lazımdır və bu işlə maraqlanan adamlar
mütləq elementar tibbi yardım göstərməyi bilməlidir. Bunun üçün
mənim həmişə dərman ehtiyatım var. Yayda mal-qarada gənələr əmələ
gəlir və bu halda fermer özü onun qayğısına qalmalıdır. Belə halda
biz heyvanı təmizləyirik. Eləcə də bəzi otları yedikdən sonra
inəyin qazları əmələ gəlir. Tez-tez baytar gələnə kimi heyvan ölə
də bilər. Ona görə mən həmişə dərman saxlayıram və belə zamanlarda
içizdirirəm. Nadir hallarda özm baytar çağırmalı oluram. Əgər soyuq
dəyərsə və ya heyvan zəhərlənərsə, mən mütəxəssis olmadan müalicə
edə bilmərəm. İldə bir dəfə baytar gətirirəm ki, qan götürsün və
laboratoriyaya aparırıq. Çünki bruselloz xəstəliyi 10 il ərzində
heyvanda heç bir əlamət olmadan qala bilər”, – Naira
Xexelaşvili bildirdi.
Milli Qida Agentliyi ildə bir dəfə, pulsuz, 10 müxtəlif növ heyvan
xəstəliyinə nəzarət həyata keçirir. Proqram çərçivəsində Kvemo
Kartli miqyasında 120, Marneulidə 25 baytar var. Onlar heyvanlra
müvafiq peyvənd vururlar və səlahiyyətləri çərçivəsində yardım
göstərirlər.
Milli Qida Agentliyinin Regional İdarəçiliyinin rəhbəri Miranqula
Lipartelianinin sözlərinə görə, fermerlərin baytarlıqda dövlət
nəzarət proqramı çərçivəsində müxtəlif xidmətdən yararlanmaq şəriti
var.
“Marneulidə 25 baytardan 3 ştatdadır, qalanı isə
müqavilə əsasında işləyir. Qarayara, turk, quduzluq, bruselloz,
mal-qarada vəba, dermatit və s. kimi xəstəliklərə nəzarət edirlər.
Marneuli bələdiyyəsində mövsümi daşınma zamanı heyvanlar xarici
parazitlərdən təmizlənir. Fermerlər heyvanların sağlamlıq
vəziyyətində problem yarananda bizə müraciət edirlər. Biz
səlahiyyətimiz çərçivəsində reaksiya göstəririk. Bizim
səlahiyyətimizdən kənara çıxdıqda isə özəl baytara göndəririk.
Heyvanların kütləvi xəstələnməsi zamanı, ciddi reaksiya göstərmək
lazımdır. Nazirliyin qaynar xətti var – 1501, oraya zəng vurmaq
pulsuzdur və bütün fermerlər bu nömrəyə zəng vurub problemini
deyir, biz də reaksiya göstəririk”, – Liparteliani
bildirdi.
Dövlət nəzarət proqramı ilə baytarlıqda nəzərdə tutulmuş tədbirlər
heyvanlara, həmçinin, heyvan xəstəliklərinin qarşısının alınması və
ya aşkarlanmasının azaldılmasına yönləndirilib. Bütün fermerlər
proqramdan pulsuz yararlana bilər.