Dünən, 8 iyun tarixində Marneuli bələdiyyəsinin Tsereteli kəndində
2009-2010-cu il təvəllüdlü futbolçular arasında Çempion Liqa
çempionatı keçirilib.
Çempionat Marneulinin “Algeti” komandasının qələbəsi ilə başa
çatıb. Məşqçi Qoça Toroşelidzenin sözlərinə görə, yeniyetmə
futbolçuları finala qədər hələ çox oyun gözləyir.
“Qeyd olunan çempionatı Abxaziya Futbol Federasiyası
keçirir. Dünən iki oyunumuz var idi. Marneuli “Algeti”si və Tbilisi
“Saburtalo”su qarşılaşdı. "Algeti" 2:0 hesabı ilə qalib gəldi.
Eləcə də 2009-cu il təvəllüdlü gənclər arasında, Marneuli “Algeti”
və Tbilisi “Plato”su görüşdü. "Algeti" 9:0 hesabı ilə qələbə
çaldı”, – Toroşelidze bildirdi.
Məşqçinin sözlərinə görə, qeyd olunan komandaları finala qədər 15
oyun gözləyir. Final isə payızda keçiriləcək.