Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqlıq boynu
xərçəngindən dünyada hər il 300 mindən artıq qadın dünyasını
dəyişir.
Gürcüsatnda isə bu göstərici ildə 300-dən arıtqdır. Dünya
miqyasında qadınlarda süd vəzisi xərçəngindən sonra uşaqlıq boynu
xərçəngi ən çox yayılmış xəstəlikdir. Gürcüstan Xəstəliklərə
Nəzarət Mərkəzi yazır ki, uşqlıq boynu xərçənginin yayılma səbəbi
99,7% Papillomavirus (HPV) infeksiyasıdır. Qeyd edək ki,
cinsi
baxımdan aktiv olan adamların təxminən 50%, həyatlarının hansısa
mərhələsində yoluxur, 50 yaşlı qadınların 80% isə bu virusa
yoluxur. Papillomavirus infeksiyası hallarının böyük qismi tam
əlamətsiz baş verir və əksər hallarda, özünü müalicə ilə başa
çatır. Belə ki, bu xəstələrin diqqətindən kənar qalır.
Papiloma virusunun fərdi genotipləri xərçəngdən əvvəlki xəstəliklər
– xoralar yarada bilər. Belə mülaicə olunmayan xoraların xərçəngə
çevrilmə riski böyükdür. Papillomavirusa görə yaradılmış peyvənd
qadınlarda uşaqlıq boynu xərçənginin yayılma riskini 75% azaldır.
9-13 yaşa qədər qızların bu peyvəndi vurdurması tövsiyə olunur.
Papillomavirus skrininqi və peyvəndin vurulması Gürcüstanda
pulsuzdur. Marneuli İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət
Mərkəzinin rəhbəri Eter Laperadze bildirir ki, papillomavirus
peyvəndi vacib peyvəndlər siyahısındadır və əlçatandır. Ancaq dəqiq
göstəricilərə malik deyillər.
“Bu peyvəndin vurulmasını tövsiyə edirəm. Bütün yeniyetmələr bunu
mütləq vurdurmalıdır ki, gələcəkdə qarşılaşa biləcəkləri
problemləri aradan qaldırsınlar”, — Laperadze
bildirdi.
Ginekoloq Paata Xoluaşvili 30 ildən artıqdır, Marneulidə işləyir.
Onun sözlərinə görə, Papillomavirus peyvəndi qadınları məhz bu
risklərdən qoruyur. Dünya alimləri illər ərzində bu peyvənd
üzərində işləyirdilər.
“Papillomavirusa qarşı peyvənd əvvəldən ayaq uydura və
kütləvi ola bilmədi. Yəqin buna əhalinin müvafiq məlumatının
olmaması da dəstək olurdu. Bu günə olan vəziyyətə görə, peyvənd
vurdururlar, ancaq könüllülər elə də çox deyil. Bu bizim gələcək
nəsil, qızlarımızı qorumaq üçün mütləqdir. Çünki papillomavirus
kifayət qədər yayılıb və bəzi papiloma onkoloji xəstəliklər
yaradır. Qeyd olunan virusa əsasən uşaqlıq boynunda doğuş
çatlarından sonra yaranır. Papillomavirus həmin yerə düşür və
sonradan eroziya yaradır. Diqqət yetirilməyəndə və nəzarət
olunmayanda uşaqlıq boynunda bədxassəli xəstəlik əmələ gələ bilər.
Bu peyvənd isə qadınların onkoloji xəstəliklərinin qarşısını
almağın yeganə yoludur. Ola bilsin qadında uşaqlıq boynunda
eroziyalar əmələ gəlsin, əgər bu peyvənd vurulubsa, onkoloji
xəstəliyə çevrilməyəcək. İllərin təcrübəsi də bunu göstərir. Yəni
bəşəriyyət bu peyvəndi yaratmaqla bədxassəli xəstəliklərlə bağlı
ilk nəticəni əldə etdi. Qeyd etmək istəyirəm ki, qadınlara bu
peyvəndi böyük yaşda da vurdura bilərlər. Bu halda qadın müayinə
olunmalıdır və aydınlaşdırılmalıdır ki, artıq bu virusu
daşıyırmı”, — Xoluaşvili bildirdi.
Gürcüstanda papilomavirus nəticəsində yaranan uşaqlıq boynu
xərçəngi onkoloji xəstəliklərin beşliynə daxil edilib və ondan
qorunmaq üçün virusa qarşı peyvənd vurdurmaq mütləqdir. Dünyada
papillomavirusun 100-dən artıq genotipi var. Onlardan 13-ü onkoloji
xəstəlik yaradır. Virusa qarşı vaksin isə riskləri 90% azaldır.