Maradonanın “Qızıl top”u hərraca çıxarılıb
Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

Bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, hərrac iyunun 6-da Fransada keçiriləcək. Hərracdan bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı potensial alıcılar topa şəxsən baxa biləcəklər.

Xatırladaq ki, əvvəllər Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının 1/4 finalında İngiltərə ilə matçda əli ilə qapıya göndərdiyi top iki dəfə hərracda satıla bilməyib. 2022-ci ilin may ayında “Sotheby's” auksionunda Maradonanın həmin matçda geyindiyi köynəyi 9,3 milyon dollara satılıb.

Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. FIFA rəsmi saytındakı səsvermənin nəticələrinə əsasən Maradonanı 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanıyıb. “Qızıl top” mükafatı 1982-ci il Dünya Kubokunda təsis edilib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google