31 may tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində, Marneuli 2
saylı ictimai məktəbinin şagirdlərinin “Gender bərabərliyi üçün 10
kart” layihəsinin təqdimatı keçirilib.
Görüşdə məktəb şagirdləri gender məsələlərindən və
diskriminasiyadan danışıblar. Şagirdlərin “Marneuli” radiosuna
bildirdiyinə görə, gələcəkdə daha üç sinifdə belə tədbir
keçirilməsini planlaşdırırlar.
“Bu gün burada olanları layihəmiz barədə məlumatla
tanış etdik, hər kartda gender diskriminasiyası və s. barədə
kitablar var. İstəyirik ki, buraya dəvət edilmiş uşaqlara gender
məsələləri barədə məlumat verək. 3 məktəb seçdik və görüşlər orada
da keçiriləcək. Bunlar erməni, gürcü və azərbaycan məktəbləridir.
Kartalrımız da müvafiq olaraq üç dildə çap edilib”, -
Əkbən Mahmudov bildirdi.
“Bukartlar gənclər üçün çox yaxşıdır, onlara birbaşa açar verəcəyik
ki, gender bərabərliyi ilə bağlı stereotiplərə necə qalib
gəlsinlər. Bizim məktəbin qoşulması yüksəkdir və nə qədər çox
şagird müzakirəyə qoşularsa bu problemlər daha tez həll olunacaq”,
- Salome Qelaşvili bildirdi.
Təqdimata Marneuli 5 saylı ictimai məktəbinin şagirdləri dəvət
olunmuşdu. Marneuli 2 saylı ictimai məktəb şagirdlərinin sözlərinə
görə, layihənin məqsədi gender məsələsində gənclərin
məlumatlandırılmasıdır.