16 iyun tarixində Marneuli Mədəniyyət Mərkəzində “Başqa Gürcüstan
haradadır” gürcü mahnı müsabiqə festivalı keçirilib.
Müsabiqə iki mərhələdən ibarətdir və bütün Gürcüstan miqyasında
yeniyetmələr iştirak edirlər. Müsabiqə-festivalın təşkilatçısı,
Maia Camalaşvilinin sözlərinə görə, tədbir Marneulidə artıq 6 ildir
keçirilir.
“İlk festival 2016-cı ildə idi. O zaman Qiorqi Pxakadze
və mən əsasını qoyduq. Başdan yalnız Kvemo Kartli ilə başladıq və
hər il regionlar artır. Bu gün artıq bütün Gürcüstan təqdim olunub
– Duşeti, Samtsxe-Cavaxeti, Bolnisi, Rustavi və s. Çox kompetentli
jurimiz var və ən önəmlisi, yalnız gürcü mahnıları oxuyuruq.
Birinci turda, mahnılar yalnız vətən haqqındadır, ikinci turda isə
hər hansı mövzuda gürcü mahnısıdır”, – Camalaşvili
bildirdi.
Müsabiqə-festivalın təşkilatçısının sözlərinə görə, final 29
iyunda, Marneulidə baş tutacaq və qaliblər müəyyən olunacaq.