Gürcüstan müdafiə naziri: HHM silahları baxımından regionun ən güclü ölkələrindən olacağıq
Gürcüstan hava hücumundan müdafiə (HHM) silahları baxımından regionun ən güclü ölkələrindən biri olacaq.

Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze deyib.


“Ötən iki il ərzində imzaladığımız və 2025-ci ilədək tamamlanacaq razılaşmalar əsasında biz HHM silahları baxımından regionda ən güclü ölkələrdən biri olacağıq”,
- deyə nazir “İmedi” telekanalının efirində deyib.

Mənbə: apa.az

Print E-mail
FaceBook Twitter Google