Gürcüstan Prezidenti Salome Zurabişvili “səfir konfransı”na –
Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri
rəhbərlərinin illik görüşünə dəvət almayıb.
Gürcüstan prezidentinin administrasiyasına istinadən verdiyi
məlumata görə, “Gürcüstan Avropa İttifaqına namizəd ölkədir” şüarı
altında keçirilən səfirlərin hazırkı konfransını baş nazir İrakli
Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili açıblar.
Ötən il Zurabişvili də “protokolu kobud şəkildə pozduğuna görə”
konfransda iştirak etməmişdi.
Qeyd edək ki, Zurabişvilinin hakim “Gürcü Arzusu” partiyasının
hərəkətlərini, xüsusən də onun Rusiya Federasiyasına münasibətini
tez-tez tənqid etməsi son aylarda Gürcüstan hakimiyyəti ilə
prezident arasında münasibətlərin pisləşməsinə səbəb olub.