Xaşuri-Atskuri yolunun Gürcüstanın Türkiyə ilə sərhədindəki Vale
şəhərinə gedən hissəsi güclü qar yağması səbəbindən qoşqulu və
yarımqoşqulu avtomobillər üçün bağlanıb.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur
Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Güclü qar yağması, temperaturun aşağı düşməsi və s.
problemlərlə əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil
yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan
edilib”, - məlumatda qeyd edilib.