Ağkörpüdə daxili yollara asfalt qatının çəkilməsi üçün tenderin dəyəri 312 148 lariyə qədər artırılıb
Marneuli yerli özünüidarəsi Ağkörpü kəndində yolların bərpası işləri üçün vəsaiti artırıb. Marneuli meriyası Ağkörpü kəndində yolların bərpası üçün 268 132 lari dəyərində tender elan etmişdi, ancaq tender baş tutmamışdı.

“Tender komissiyasında qeyd olunur ki, müvafiq elektron tender artıq bir dəfə baş tutmayıb, buna görə də bələdiyyə xidmətinin təmin etdiyi səlahiyyətlərlə təchiz edilmiş müvafiq infrastruktur obyektində yaradılmış smeta sənədlərinə baxış/qiymətləndirmə/yoxlama prosesi təmin olunub. Nəticədə meriyanın Şəhərin İnkişafı, Məkan Quruculuğu, Arxitektura, Tikinti Xidməti tərəfindən qiymətləndirilmiş smeta sənədləri təqdim olunub”, – tender komissiyası iclasının protokolunda qeyd olunub.

Marneuli yerli özünüidarəsi Ağkörpüdə daxili yollara asfalt qatının çəkilməsi işləri üçün yeni – 312 148 larilik tender elan edib. Qeyd olunan vəsaitin 81,6% dövlət büdcəsindən, 18,4% isə yerli özünüidarə büdcəsindən xərclənəcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər 1 mart tarixindən 6 mart tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 80 gün ərzində işləri yerinə yetirməli olacaq.

Print E-mail
FaceBook Twitter Google