Bələdiyyə Məclisi binasının tikintisi üçün üçüncü dəfə tender elan olunub
Bələdiyyə Məclisinin yeni binasının tikintisi üçün elan edilmiş tender ikinci dəfə baş tutmayıb. Birinci tenderdə heç kim iştirak etməyib, ikinci tenderdə isə yeganə iştirakçı “Mşen-Servis” MMC olub. Şirkət texniki sənədlərə görə, tenderdən kənarlaşdırılıb. Marneuli meriyası 29 fevral tarixində üçüncü tenderi elan edib. Tenderdə iştirak etmək istəyən namizədlər 8-11 mart tarixində öz təkliflərini göndərə bilərlər.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2023-cü ilin 22 mart tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli Bələdiyyə Məclisinin yeni binasının tikintisinə ehtiyac yaranması ilə bağlı məlumat verib.

“Tender ona görə elan olunub ki, otaqlar yetərli deyil. Siz də görürsünüz ki, kabinetlərdə iki nəfər əvəzində beş-altı nəfər oturur və yer yoxdur. Orada oturan MMC və qeyri-kommersiya təşkilatları yeni binaya keçəcəklər. İndi oturduqları bina qəzalı vəziyyətdədir. Bu sökülməlidir və qərar verdik ki, onunyerində Bələdiyyə Məclisi binası tikilməlidir. Bu yəqin ki, bir ildən sonra olacaq”, - Amiran Qiorqadze bildirib.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Bələdiyyə Məclisi binasının tikintisi üçün 22 yanvar tarixində tender elan edib. Meriya Bələdiyyə Məclisi binasının tikintisinə yenidən eyni vəsaiti, 2 156 344 lari xərcləyəcək. Binanın tikintisi üçün vəsait 2024-cü ildə 50%, 2025-ci ildə isə 50% yerli büdcə hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta sənədlərinin ahzırlanmasına 72 000 lari xərcləyib.

Print E-mail
FaceBook Twitter Google