“Milan”ın müdafiəçisi San-Paulu ştatındakı villasını satacaq
Braziliya yığması və “Milan”ın müdafiəçisi Kafu San-Paulu ştatındakı villasını satacaq.

"Marneuli" radiosu xəbər verir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.

Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri iki dəfə ucuzlaşa bilər. Dörd mərtəbəli villanın sahəsi 2,5 min kvadratmetrdir. Orada dörd lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.

Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google