Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kobuletidə
Acarıstan Polis İdarəsinin əməkdaşları qəsdən adam
öldürmə ittihamı ilə 1 nəfəri - 1977-ci il təvəllüdlü L.Q.-ni
saxlayıblar.
Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki,
təqsirləndirilən şəxs Kobuletidə tanışı - 1993-cü il təvəllüdlü
T.Q.-ya aralarında yaranmış fikir ayrılığı zəminində odlu silahdan
atəş açaraq xəsarət yetirib və hadisə yerindən gizlənib.
Yaralı xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını
dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları L.Q.-ni “isti izlər”də
şübhəli şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan
108-ci maddəsi ilə aparılır.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.