Tamarisiyə gedən yolun bərpası üçün tender elan olunub
Marneuli bələdiyyəsinin Tamarisi kəndinə gedən yolun bərpasına 1 000 000 lari xərclənəcək. Marneuli meriyası işlər üçün 29 mart tarixində tender elan edib. Tamarisi yolunun layihə sənədlərini “L Design Group” MMC tərtib edib. Smeta sənədlərinə görə, yolun bərpası və möhkəmləndirilməsi, asfalt qatının və yol nişanlarının quraşdırılması planlaşdırılır.

“Layihədə nəzərdə tutulan hissədəki mövcud örtük asfalt-betondur. Həmin yolda çatlar, oyuqlar qeydə alınır. Sifarişçinin tələbini və yerli amilləri nəzərə almaqla yol örtüyünün ikiqat tikintisi həyata keçiriləcək. Sifarişçinin tələbinə görə, hərəkət hissəsi, yerli birləşmələr və yoldan keçən su borularının bərpaya ehtiyacı var. Asfalt qatı çəkilənə qədər suyun qarşısını almaq üçün tədbir görülməlidir ki, su hərəkət hissəsinə yığılmasın. Mövcud yeraltı və yerüstü naqil şəbəkəsinin sıradan çıxmasının qarşısını almaq məqsədi ilə tikinti zamanı sahibkar təşkilat nümayəndələri çağırılıb”.

Tamarisi yolunun 1 milyonluq tender vəsaitinin 69,9% dövlət, 31,1% isə yerli özünüidarə büdcəsindən maliyyələşdirilir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 14-19 aprel tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google