Marneulinin 7 bağçasında içməli su ilə bağlı laboratoriya tədqiqatları aparılıb
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 7 uşaq bağçasında içməli su ilə bağlı laboratoriya araşdırması aparıb.

Söhbət Kəpənəkçi, Şaumyan, Xixani, Tamarisi, Marneuli şəhər 1, 3, 4 saylı bağçalarından gedir.

Uşaq Bağçaları Birliyinin nümayəndəsi Soso İmnadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu planlı tədqiqat idi və hər il aparılır. Tədqiqat həmin bağçalarda içməli suyun yararlı olub olmadığını müəyyən edir.

“7 bağçanın hamısında hər şey normaya uyğundur, norma çərçivəsindədir. İldə bir dəfə belə yoxlama aparırıq, Qida Agentliyi tələb edir. Təsdiq edən sertifikatımız olmalıdır ki, içməli su yoxlanılıb və yararlıdır”, – Soso İmnadze bildirib.

Marneuli Uşaq Bağçaları Birliyi 7 bağçada içməli suyu sadələşdirilmiş qaydada “Keyfiyyət laboratoriyası” MMC-də yoxlayıb və 630 lari ödəyib. Hər bağçadan içməli su nümunəsini götürmək və aparmaq 30 lari, mikrobioloji testin keçirilməsi isə 60 lariyə başa gəlib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google