Müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahan qeydiyyatı başlayır
Müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahana qeydiyyat başlayıb. Müəllimin fənn, baş xüsusi müəllim və baza peşə bacarıqları imtahanı üçün 3 aprel, saat 10:00-dan qeydiyyat başlayacaq. Bu barədə məlumatı Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi məlumat yayıb. Qeydiyyat 15 aprel saat 18:00-a kimi davam edəcək.

Qeydiyyat yalnız elektron qaydada, Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin qeydiyyat səhifəsində - online.naec.ge-də aparılır.

Fənn imtahanında iştirak etmək məhdudlaşdırılmayıb və sonrakı fənlərdə imtahan vermək mümkündür:
  • Gürcü dili və ədəbiyyat (ibtidai pillə);
  • Riyaziyyat (ibtidai pillə);
  • Təbiətşünaslıq (ibtidai pillə);
  • Gürcü dili və ədəbiyyat, riyaziyyat və təbiətşünaslıq (İ-İV siniflər);
  • Gürcü dili və ədəbiyyat (baza ya orta pillə);
  • Qeyri-gürcüdilli məktəblər və bölmələr üçün gürcü dii (ibtidai, baza ya orta pillə);
  • Riyaziyyat (baza ya orta pillə);
  • İctimai elmlər (baza ya orta pillə): tarix, coğrafiya, vətəndaş təhsili;
  • Təbiətşünaslıq elmləri (baza ya orta pillə): fizika, kimya, biologiya;
  • Xarici dillər (ibtidai, baza ya orta pillə): ingilis, alman, fransız, rus dili;
  • Estetk fənnlər: tətbiqi və təsviri incəsənət, musiqi, idman;
  • İnformasiya və Kommunikasiya Texnologiyaları/kompüter texnologiyaları;
  • Erməni və Azərbaycan dili imtahanı;
  • İtalyan dili imtahanı.
İstəyi olan hər kəsin yalnız bir fənn seçmək, eləcə də istək olan halda baş xüsusi müəllim ya baza peşə bacarıqları imtahanını seçmək hüququ var.

Baş xüsusi müəllim imtahanında iştirak etmək hüququna həm müəllim və karyera yüksəlişi sxemində yer alan təcrübəçi müəllim, həm də xüsusi müəllim olmaq istəyən şəxs malikdir.

Qeydiyyat zamanı imtahan vermək istəyən şəxs qeyd edir:
  • Şəxsi nömrəsini;
  • Əlaqə telefonunu;
  • İmtahan vermək istəyidi fənni;
  • İmtahan vermək istədiyi şəhəri;
Müəyyən bir imtahan mühitinin yaranmasına ehtiyacı olan namizədlər qeydiyyat zamanı “xüsusi şərtləri” qeyd etməlidirlər, Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinə (ünvan: Tbilisi, E.Mindeli N9), yaxud yerli Təhsil Resurs Mərkəzinə (Resurs Mərkəzlərin ünvanları) 15 aprel, saat 18:00-a qədər müvafiq sağlamlıq sənədini təqdim etməlidirlər (N100 forma).

İmtahanda iştirak etmək üçün 50 lari ödəmədiyiniz halda proqramda qeydiyyatdan keçə bilməyəcəksiniz. Xatırladaq ki, təcrübəçi və təcrübəçi xüsusi müəllimlər üçün qeydiyyat pulsuzdur.

Daha ətraflı linkə daxil olun.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google