Marneuli meriyası 6 800 larilik bayrağı Şulaveridə ucaldacaq
Marneuli yerli özünüidarəsi 6 800 lari dəyərindəki bayrağı Şulaveri kəndində ucaltmaq üçün alıb. Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, Şulaveri kəndində yeni quraşdırılmış bayraq dirəyindən asılacaq.

“Xatırladaq ki, hər il Marneuli yerli özünüidarəsi zəruri təşkilati və inzibati ehtiyaclardan irəli gələrək müxtəlif parametrli bayraqlar alır və bunun üçün cari ilin ehtiyacları üçün müvafiq bazar araşdırması prosesinə başlamışıq. Alqı-satqılar tənzimləyən mövcud dövlət qanunvericiliyi ilə müəyyən edilmiş sadələşdirilmiş alqı-satqı üçün lazımı normanın yuxarı həddini keçmir. Ona görə də qanunvericilikdə nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini təmin etmək üçün müvafiq xidmətə göstəriş vermənizi xahiş edirik”, – sadələşdirilmiş alqı-satqı izahatnaməsində qeyd olunub.

Marneuli meriyası 10 metr uzunluğunda və 15 metr enində bayrağı fərdi sahibkar Əkrəm Qəhrəmanovdan 3 aprel tarixində 6 800 lariyə alıb. Meriya Qəhrəmanovdan həmçinin bir ədəd 4 metr uzunluğunda və 6 metr enində bayraq alıb və 1 270 lari ödəyib. 60 ədəd 100/150 santimetrlik bayrağa isə 780 lari ödəyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google