Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze artıq Marneuli
Gender Bərabərliyi Şurasına rəhbərlik etməyəcək.
Bu barədə şurada 12 aprel tarixində baş tutan iclasda müzakirə
aparılıb.
Bu gün, 15 aprel tarixində Gender Bərabərliyi Şurasının katibi İa
Esebua “Marneuli” radiosuna bildirdi ki, şura rəhbərliyi ilə bağlı
Amiran Qiorqadzenin seçkiqabağı prosesə davamlı qoşulması üçün belə
qərar qəbul edilib.
Məsələni müzakirə və təsdiq etmək üçün Bələdiyyə Məclisinin
iclasına çıxarana qədər şuraya İa Esebua rəhbərlik edəcək.
“Məsələni şuraya çıxarmışıq. Sədr dəyişdiriləcək və bir
əlavə üzv artırılacaq. Cənab Amiranın əvəzinə mən olacağam, maddədə
dəyişiklik etdik. Seçki ili olduğundan və cənab Amiran Qiorqadzenin
partiya sədri (Marneulidə) olmasından irəli gələrək işlər çoxdur.
Ona görə indiki mərhələdə rəhbər mən olacağam”, –
Esebua bildirdi.
Gender Bərabərliyi Şurasının 12 aprel tarixində baş tutan iclasında
Marneuli bələdiyyəsində qüvvəyə minəcək yeni proqramdan da söhbət
açılıb.
İa Esebuanın sözlərinə görə, proqram qadınların iqtisadi cəhətdən
gücləndirilməsinə istiqamətlənib və yaxın gələcəkdə Bələdiyyə
Məclisinin iclasında təfərrüatlar məlum olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.