Uşaq Ədəbi Klubunun təsisçisi, müəllim Mişiko Mumladze bu gün,
aprelin 22-də Kutaisidə saxlanılıb.
Ailə üzvləri onu 4 saat axtarıblar.
Mişiko Mumladze həbs olunmazdan əvvəl Facebook-da yazıb ki, o,
Kutaisidəki Mesxişvili teatrına gedib və orada homofob qanunun
təsdiqi üçün konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi
keçirilib.
“Gürcü arzusunun” Mesxisvili teatrında xalqla görüşü
var və məni içəri buraxmırlar. Lakin bu, azyaşlılara və ailə
dəyərlərinə aiddir. Ailəm və 300 tələbəm var.
Mamuka Mdinaradze, de ki, məni içəri buraxsınlar”, -
o yazıb.
4 saat sonra Daxili İşlər Nazirliyi Mumladzenin İnzibati Xətalar
Məcəlləsinin 166-cı maddəsi - xuliqanlıq maddəsi ilə saxlanıldığını
açıqlayıb. O, hazırda polis bölməsindədir və tezliklə məhkəməyə
aparılacaq.
İctimai müdafiəçi məsələ haqda məlumatlandırılıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.