Marneuli meri həftənin iki günü vətəndaşları qəbul edir

Marneuli meri Kənan Ömərov həftənin iki günü - çərşənbə axşamı və cümə axşamı günləri vətəndaşları qəbul edir. İstəyi olanlar saat 10:00-dan 16:00-a qədər özünüidarəyə gedə bilərlər.



Bələdiyyənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirirlər ki, əhali başqa günlərdə də merlə görüşə bilər. Onların bildirdiyinə görə, müraciətlər kifayət qədər çoxdur və ehtiyaclar fərdidir.

Kənan Ömərov 8 aydır, Marneuli meri vəzifəsini icra edir. Bu dövr ərzində “Marneuli” radiosunun merlə ünsiyyət qurmaq imkanı olmayıb. Bu günə qədər cavab gözləyən suallarımız var və aylardır, müsahibə yazmağı gözləyirik.

 

Print E-mail
FaceBook Twitter Google