Marneulidə iki küçədə küçə işıqlarının quraşdırılmasına 2 034 468 lari xərclənəcək
Marneuli şəhərində iki küçədə küçə işıqlarının quraşdırılması planlaşdırılır. Marneuli yerli özünüidarəsi 26 may və D.Ağmaşenebeli – Yağlıca küçələrində işıqların quraşdırılması işləri ilə bağlı tender elan edib.

Tender sənədlərinə görə, 26 may küçəsində 254 işıq dirəyi, Yağlıca küçəsində isə 98 dirək quraşdırılacaq.

Marneuli meriyası iki küçədə küçə işıqlarının quraşdırılmasına 2 034 468 lari xərcləyəcək. Tender sənədlərinə əsasən, Yağlıca küçəsində küçə işıqlarının quraşdırılması üçün maksimum 388 232 lari, 26 may küçəsində isə 1 646 236 lari xərclənəcək.

Layihəyə görə, ümumilikdə 352 işıq dirəyi qurulacaq. Layihənin dəyəri 2 034 468 laridir. Buradan irəli gələrək, Marneuli meriyası bir işıq dirəyinin quraşdırılması üçün 5 779 lari ödəyəcək.

Marneuli meriyası iki küçədə küçə işıqlarının quraşdırılması işləri üçün 15 fevral tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 6 mart tarixindən 11 mart tarixinə qədər olan dövrdə öz təkliflərini təqdim edə bilərlər.

Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri həyata keçirəcək.

Print E-mail
FaceBook Twitter Google