6 mart tarixində Marneulidə baş vermiş qəza ilə bağlı Daxili
İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi
ilə istintaqa başlayıb.
Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizlik və ya istismarı
qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı
nəzərdə tutur.
Törədilmiş cinayətə görə dörd ildən yeddi ilə qədər azadlıqdan
məhrum etmə, vəzifə tutmaq və ya üç ilə qədər müddətə işləmək
hüququndan məhrum etmə cəzası nəzərdə tutulur.
6 mart tarixində Marneuli şəhərində ictimai nəqliyyatın sürücüsü
yol qəzası nəticəsində dünyasını dəyişib. Hadisə saat 10:00
radələrində mərkəzi meydanda, polis binasının qarşısında baş
verib.
Qəza nəticəsində 1 nömrəli marşrut üzrə hərəkət edən mikroavtobusun
sərnişinləri də xəsarət alıblar. Marneuli “Geo-Hospitals”
klinikasından “Marneuli” radiosuna verilən məlumata görə, təcili
yardım iki xəstəni onların klinikasına aparıb.