“Qadın hüquqları mühüm problemlərdən biri olaraq qalır”, – Marneuli Mədəniyyət Mərkəzi
Marneuli Mədəniyyət Mərkəzi Beynəlxalq Qadınlar Günü ilə əlaqədar paylaşım edib. Paylaşılmış materialda qadınların hüquq və problemlərinə xüsusi diqqət çəkilir.

“Bu gün, 2024-cü ilin 8 mart tarixində qadın hüquqları mühüm problemlərdən biri olaraq qalır. Qadınlar və qızlar ailədəaxili zorakılıq, cinsi sıxışdırılma, cinsi zorakılıq, qadın qətli, məcburi evləndirilmə, məcburi abort kimi zorakılıqlardan əziyyət çəkirlər.

Beynəlxalq Qadınlar Günü bizim hər birimizə qadın potensialını dərk etməyimizi və bütün qadınların, qızların müdafiədə özünü güclü hiss edə biləcəyi mühit yaratmamızı xatırladır.

Əziz xanımlar, Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirik. Sizə mövcud maneələri aşmaq üçün güclü olmağı diləyirik!”
– Marneuli Mədəniyyət Mərkəzi yazır.

Beynəlxalq Qadınlar Gününün qeyd olunması ideyası XX əsrin əvvəlində yaranıb. Beynəlxalq Qadınlar Günü çoxsaylı ölkələrdə qeyd olunur. BMT 1975-ci ildə 8 mart Beynəlxalq Qadınlar Gününü tanıyıb.

Print E-mail
FaceBook Twitter Google