Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, onkologiya diaqnozu
qoyulmuş uşaqların müalicə proqramına
“Acıbadem Hospitalı” və daha iki klinika, o cümlədən “Liv Hospital”
və “Memorial Hospital” əlavə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onkoloji diaqnozu
qoyulmuş uşaqların müalicəsi artıq 6 klinikada, o cümlədən İsrail
və İspaniyanın yüksək texnologiyalı, multidissiplinar tibb
mərkəzlərində mümkündür.
Sözügedən proqram çərçivəsində onkoloji diaqnozu qoyulmuş uşaqların
dövlət vəsaiti hesabına müalicəsinin mümkün olduğu klinikalar
arasında:
• Türkiyənin "Anadolu Tibb Mərkəzi";
• İspaniyanın "Chiron Salud Tibb Mərkəzi";
• İsrailin "İxilov Tibb Mərkəzi" var.
Agentlik bildirib ki, Nazirlik Avropanın digər aparıcı tibb
müəssisələri ilə fəal işləyir.
Onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicəsi proqramına
2023-cü ilin avqustunda start verilib. Səhiyyə Nazirliyindən
verilən məlumata görə, proqrama 50-dən çox uşaq cəlb olunub.
Proqram çərçivəsində diaqnostika və müalicə kursları -
kimyaterapiya, şüa terapiyası, operativ müdaxilə və proton
terapiyası maliyyələşdirilir.