“Bentley” tarixindəki ən uğurlu yarış avtomobili olan
“Speed Six”i yenidən təqdim edib.
"Marneuli" radiosu xarici mediaya istinadla bildirir ki, “Speed
Six” 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız
1930-cu ildə çıxıb. “Bentley” məhdud sayda 12 yarış avtomobili
buraxacaq. Onlar artıq satılıb.
Bildirilir ki, yeni məhsul orijinal çertyojlara uyğun yaradılıb.
Bundan əlavə, marka iki orijinal avtomobili indiyədək özündə
saxlaya bilib. Bu, dizaynerlərə komponentlərin ölçülərini və
materiallarını yoxlamağı asanlaşdırır. “Speed Six”i yaratmaq üçün
şirkət mühəndislərinə demək olar ki, bir il vaxt lazımdır.
1928-1930-cu illər arasında 182 orijinal “Bentley Speed Six”
istehsal edilib. Model iki dəfə - 1929 və 1930-cu illərdə 24 saat
Le Manda qalib olub. Bu üstünlüklərinə görə o, “Bentley” brendinin
ən uğurlu yarış avtomobili hesab olunur.
Mənbə: lent.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415